Kompleksin əsas məqsədi Şamaxı və ümumilikdə dövlətimiz üçün maddi-mənəvi irs, tarix hesab olunan Şirvanşahlar dövlətinin tarixinə və dövlətçilik ənənələrimizə diqqət çəkmək, onları günün tələbinə uyğun formada müasir nəsillərə ötürməkdir.
Abidə kompleksinin memarlıq həlli layihənin öz məqsədlərini ifadə etməsinə imkan verdiyi kimi eyni zamanda quruluş və məzmunun birləşə bildiyi nadir memarlıq örnəklərindən birinə çevrilmə potensialına sahibdir.
Hazırkı formada memarlıq həllinin hazırlanması aşağıdakı mühüm fikiri ifadə edir.
• Kompleks öz quruluşu ilə müasir Azərbaycan insanının tarixə və dövlətçiliyə fərqli münasibə ni əks etdirir.
Belə ki, zəngin abidələri, milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli-əxlaqi dəyərləri, mədəniyyə ilə yüksək mə urəyə malik olduğunu tarixdə çoxdan isbat etmişdir. Bu ali dəyərlər milli kimliyimizin göstəriciləridir və bizim üçün mühüm olan dövlətçilik ənənəsini və bərabərində gə rdiyi mənəvi dəyərləri bu gün başqa gözlə də görə bilər, fərqli formada ifadə edə bilərik. İllər keçdikcə baxışlar dəyişir, ancaq kompleksdə olduğu kimi ümumi kontur və mahiyyət dəyişmir.