Son bloq yazıları

Füzuli rayon giriş layihəsi

Füzuli rayon giriş layihəsi

Abidələr

Füzuli rayonunun girişində yerləşdirilməsi nəzərdə tutulan bu monumental abidə, regionun tarixi və mədəni dəyərlərinin bədii simvoludur. Abidənin ümumi kompozisiyası Füzuli şəhərinin yenidən doğulması və qədim köklərinə bağlanmasını vizual dillə ifadə edir. Mərkəzdə yerləşən dairəvi oyuq Azıx mağarasına – insan məskənlərinin ilkin izlərinə işarə edərkən, qövsvari xəttlər və yuxarı qalxan struktur Füzuli söz sənətinin simvolu olan peronu təcəssüm etdirir.

Abidənin yan divarlarında Füzuli rayonunun tarixi memarlıq nümunələrinin siluetləri yer alır – bunlar həm mədəni irsə hörmət, həm də vizual yaddaşın dirçəldilməsidir. Milli memarlığımızın ayrılmaz elementi olan tağ formaları isə giriş strukturunda istifadə olunaraq, keçmişlə gələcəyin memarlıq körpüsünü qurur. Müasir üslubla klassik motivlərin sintezi abidəyə həm estetik, həm də simvolik güc qazandırır.

Layihə Galereyası

füzuli rayonu
Füzuli rayon giriş layihəsi - Şəkil 2
Füzuli rayon giriş layihəsi - Şəkil 3
Füzuli rayon giriş layihəsi - Şəkil 4
Füzuli rayon giriş layihəsi - Şəkil 5
Füzuli rayon giriş layihəsi - Şəkil 6
Füzuli rayon giriş layihəsi - Şəkil 7

Əlaqəli Layihələr