Müasir və simvolik arxitektura üslubunda layihələndirilmiş bu İncəsənət Mərkəzi forması, material quruluşu və plastik həlləri ilə yaradıcılığın sərhədsizliyini vizual dildə ifadə edir. Şüşə, metal, tekstural beton və dinamik fasad quruluşu bu binanı həm yüksək texnoloji, həm də bədii vizual identitetə sahib məkan kimi fərqləndirir. Fasadda istifadə olunan perforasiya olunmuş dekorativ panellər və keramik kəsikli kompozisiyalar Azərbaycan mədəniyyətinin ənənəvi sənətkarlıq motivlərini abstrakt dildə yenidən şərh edir. Məkanın ümumi quruluşu həm xaricdən baxıldıqda ikonik bir siluet yaradır, həm də daxildə funksional axını optimal şəkildə təmin edir.
Mərkəz müxtəlif yaradıcı və ictimai fəaliyyətləri birləşdirən çoxşaxəli struktura malikdir. Buraya performans və iştirak məkanları çoxfunksiyalı zal, açıq hava teatrı, konfrans otaqları, xoreoqrafiya və məşq zalları daxildir. Yaradıcılıq və satış sahələri kimi incəsənət emalatxanaları, suvenir və musiqi aləti satış nöqtələri, rəsm və heykəltəraşlıq sərgiləri ziyarətçilərə sənətə toxunmaq imkanı yaradır. Təhsil və əməkdaşlıq məkanlarında isə incəsənət məktəbi, kitabxana, təlim və klub otaqları gənc yaradıcılar üçün mühit formalaşdırır. Uşaqlar və ailələr üçün istirahət zonaları, kafe, oyun sahələri və açıq əyləncə məkanları da layihəyə inteqrasiya olunub. Eyni zamanda startap və rəqəmsal yaradıcılıq laboratoriyaları, birgə iş sahələri və kommersiya ofisləri ilə yaradıcı sənaye təşəbbüslərinə dəstək məqsədi daşıyır.