Son bloq yazıları

Qayıdış Abidəsi – Kəlbəcər

Qayıdış Abidəsi – Kəlbəcər

Abidələr

Kəlbəcər rayonunun azad edilmiş torpaqlarında, təbiətin qoynunda salınan xüsusi park ərazisində inşa olunacaq bu abidə, yalnız bir memarlıq nümunəsi deyil . O bir millətin yaddaşını, ağrısını və qürurla qayıdışını daşıyan simvolik bir quruluşdur.

Abidə, işğal illərində öz yurdlarından məcburi köçkün düşən soydaşlarımızın iztirablı taleyini və illərlə gözlənilən müqəddəs dönüş anını əks etdirir. Kompozisiyanın əsasını təşkil edən iki paralel yol metaforası, həm keçmişi, həm də bu günün ruhunu bir araya gətirir: biri – izdirablı qaçışı, digəri – ümid və zəfərlə dolu geri dönüşü simvolizə edir.

Qaçış yolunda bir ana, əlindən tutduğu körpəsini od-alovun içindən, savaşın dəhşətindən xilas edərək, vətənindən uzaqlaşır. Bu səhnə Azərbaycanın məcburi köçkün olmuş ailələrinin fəlakətini əbədiləşdirir. Geri dönüş yolunda isə artıq zaman dəyişmişdir: ana qocalmış, körpə gənc bir vətən oğlu olmuşdur. Onlar abidənin mərkəzində qarşılaşır. Keçmiş və bu gün bir nöqtədə kəsişir.

Bu gənc, öz uşaqlığını, keçmişini qarşısında görür, ona sevgi və minnətdarlıqla baxır. Özünə verdiyi sözu tutarcasına körpənin əlini tutur. Bu Azərbaycanın yeni nəslinin öz tarixini unutmadığını, yaşanmış ağrıların və mübarizənin qiymətini dərk etdiyini ifadə edir. Artıq o, bu dəfə anasının qolundan tutaraq onu doğma torpaqlara, evlərinə qaytarır. Bu səhnə həm də sözünə sadiq qalaraq, qürurla yurduna dönən Azərbaycan gəncliyini, Azərbaycan əsgərini təmsil edir.

“Qayıdış Abidəsi” yalnız bir bədii kompozisiya deyil . O xalqın hafizəsi, vətən sevgisinin təcəssümü, və tarix qarşısında verilmiş sözün yerinə yetirilməsinin memarlıq ifadəsidir.

Layihə Galereyası

Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis
Kəlbəcər, Kelbecer, Qayıdış, qayidis

Əlaqəli Layihələr