Son bloq yazıları

Zəfər yolu Abidəsi

Zəfər yolu Abidəsi

Abidələr

Zəfər Yolu Abidə Kompleksi Azərbaycan xalqının mübarizə və qürur tarixini simvolik dillə ifadə edən monumental bir memarlıq nümunəsidir. Abidənin mərkəzindəki yuxarıya yönəlmiş beton yol “Zəfər yolu” xalqımızın dönməz iradəsini, yüksəliş və qələbə yolunu təcəssüm etdirir. Bu yolun zirvəsində yerləşən xarıbülbül heykəli isə Qarabağ zəfərinin rəmzi olaraq çətin şəraitdə qazanılan zəfəri və çiçəkləmək gücünü simvollaşdırır. Xarıbülbülün betonu yaran və zirvəyə yüksələn təsviri, həm fiziki, həm də mənəvi olaraq mümkünü mümkünsüz şəraitdə gerçəkləşdirən xalq iradəsini əks etdirir.

Abidənin arxa hissəsində görünən xarıbülbülün kökü həm sonsuzluq işarəsi, həm də 8 rəqəmi forması ilə əbədilik və 8 Noyabr Zəfər Gününün tarixini birləşdirir. Bu monumental simvol qəhrəman şəhidlərimizin adlarının əks olunduğu platforma üzərində yüksəlir və ideya olaraq xalqın azadlıq yolunun məhz şəhidlərin ruhundan güc aldığını vurğulayır. Platformanın kənarında yerləşdirilən və daima yanan alov isə bu qəhrəmanlara göstərilən əbədi ehtiramın təcəssümüdür. Abidə forması, kompozisiyası və simvolik dili ilə estetik, müasir memarlığın milli yaddaşla vəhdətini ortaya qoyur.

Layihə Galereyası

efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi
efer yolu Abide kompleksi

Əlaqəli Layihələr