Son bloq yazıları

Xankəndi Dövlət Dram Teatrı

Xankəndi Dövlət Dram Teatrı

İnteryer

Xankəndi Dövlət Dram Teatrının interyer dizaynı bərpa konsepsiyasına əsaslanaraq hazırlanmışdır. Layihədə tarixi memarlıq dəyərlərinin qorunması və orijinal üslubun bərpası əsas məqsəd olmuşdur. Tavandakı klassik rozetlər, sütun başlıqları və incə relyefli karnizlər Azərbaycanın tarixi ictimai binalarına xas olan neoklassik elementlərlə bəzədilmişdir. İşıqlandırma üçün seçilən lüks çilçıraqlar və naxışlı dekorativ elementlər məkana həm teatr ruhu, həm də estetik zənginlik qatır. Material və rəng palitrası isə neytral və isti tonlarda seçilərək məkanda tarazlıq və sakitlik yaratmışdır.

Teatrın funksional planlaması tamaşa zalı, foye, kafeteriya, iclas otağı və pərdəarxası sahələr ziyarətçilərin və teatr kollektivi üçün maksimum rahatlıq və funksionallıq nəzərə alınaraq layihələndirilmişdir. Hər bir zona özünəməxsus dekorativ üslubla dizayn olunub: foye klassik salon atmosferində, kafeteriya isə daha sadə və zərif tərzdə işlənmişdir. Tamaşa zalındakı qırmızı pərdələr, balkonların relyefli işləmələri və tavan dekorasiyası teatrın klassik ruhunu yaşadır və tarixi atmosferi müasir texniki tələblərlə uzlaşdırır.

Layihə Galereyası

Xankəndi Dövlət Dram Teatrı
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri
Xankəndi Dövlət Dram Teatrı interyeri

Əlaqəli Layihələr