Təmir-tikinti xidmətimiz, obyektlərin funksional və texniki tələblərə uyğun şəkildə yenidən qurulmasını və inşa olunmasını əhatə edir. Biz yaşayış, ofis, sənaye və ictimai obyektlər üçün təmir və tikinti işlərini tam həcmdə həyata keçiririk. Hər bir layihə mərhələsində tikinti norma və standartlarına əməl edilir, istifadə olunan materialların keyfiyyətinə və iş prosesinin təhlükəsizlik tələblərinə ciddi nəzarət olunur.
Təmir və tikinti prosesində ilkin hazırlıq işlərindən başlayaraq, konstruksiya, elektrik, santexnika və son tamamlanma mərhələlərinə qədər bütün işlər peşəkar komanda tərəfindən idarə olunur. Eyni zamanda, layihə çərçivəsində texniki spesifikasiyaların icrası, büdcəyə və təqvim cədvəlinə riayət olunması təmin edilir. Məqsədimiz keyfiyyətli, davamlı və estetik cəhətdən mükəmməl məkanlar yaradaraq, sifarişçinin tələblərinə tam cavab verən nəticə əldə etməkdir.
Şirkətimiz iri həcimli tikinti və təmir layihələrində, dövlət və özəl sektor tenderlərində iştirak edir. Təqdim etdiyimiz layihələrdə texniki-iqtisadi əsaslandırmadan başlayaraq, icra mərhələsinə qədər bütün proseslərə nəzarət edilir və beynəlxalq standartlara uyğun nəticə təmin olunur. Layihələrin keyfiyyətlə və vaxtında təhvil verilməsi, uzunmüddətli əməkdaşlıq prinsiplərimizin əsasını təşkil edir.