Son bloq yazıları

banner
Konsept Memarlıq

Konsept memarlıq – Müasir memarlığın sərhədlərini genişləndirən, funksional məqsəddən əvvəl düşüncəni, hissi və ideyanı önə çıxaran yeni bir yanaşmadır. Bu yanaşma hər bir layihənin arxasında duran fəlsəfəni, hekayəni və simvolikanı ön planda tutan memarlıq dilini ifadə edir. Koncept memarlıq estetikadan daha artıqdır — bu, memarlığın ruhudur.

Bu yanaşmanı rəhbər tutan fəaliyyətimizdə biz sadəcə memarlıq həlləri hazırlamırıq, biz ideyaları formaya çeviririk. Hər bina, hər struktur onun sahibini, aid olduğu qurumu və ya brendi əks etdirən vizual bir kimlik daşıyır. Layihənin rəngi, forması, material seçimi və üslubu təsadüfi deyil. Onlar brendin xarakterini ifadə edir. Bu nəticədə korporativ memarlıq dili yaradır. Harda görsən anlayırsan ki bu üslub məxsusidir. Bizim memarlıq həllərimiz təkcə gözəllik deyil, funksiyanallıq, tanınma, yadda qalma və kimlik yaratmaq vasitəsidir.